Bakı. 10 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun oyun cədvəli müəyyənləşib.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı tura aprelin 14-də Gəncə şəhər stadionunda "Kəpəz" - "Qarabağ" matçı ilə start veriləcək.
Qalan 3 oyun isə ertəsi gün olacaq. "Zirə" və "Neftçi" arasında keçiriləcək mərkəzi qarşılaşma həm də turun son oyunu olacaq.
Görüşlərdən 3-ü “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
14 aprel (şənbə)
“Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu, 16:00 (“CBC Sport”/ canlı)
15 aprel (bazar)
“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 19:00 (“CBC Sport”/ canlı)
“Sumqayıt” – “Keşlə”
“Kapital Bank Arena”, 18:00
“Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu, 17:00 (“CBC Sport”/canlı)