Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq IV dövrənin açılış həftəsinə “Qəbələ” ilə “Qarabağ” nöqtə qoyacaqlar
Futbol
14 Mart , 2017 08:39
Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq
Courtesy İmage

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.

“Report”un məlumatına görə, IV dövrənin açılış həftəsinə çempionluğa əsas namizədlər – “Qəbələ” ilə “Qarabağ” nöqtə qoyacaqlar.

Günün ilk matçı “Azərsun Arena”da baş tutacaq. Liderdən bir xal geri qalan “Qarabağ” sonuncu sıradakı AZAL-ı qəbul edəcək. Bu kollektivlərin ilk 3 dövrədəki oyunlarında istinasız bir qalib var – o da son çempiondur. Ağdam təmsilçisi rəqibini 6:0, 1:0 və 2:1 hesabları məğlub edib.

Bu, ölkə çempionatları tarixində “Qarabağ”la AZAL-ın 34-cü dueli olacaq. Əvvəlki 33 oyundan 21-də qalib gələn əyalət klubu, 6 matçdan da məğlub ayrılıb.

Hesabında 46 xal olan və zirvədə qərarlaşan “Qəbələ”nin rəqibi isə “Neftçi”dir. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv cari çempionatda “ağ-qaralar”a divan tutublar. Hər halda əyalət klubunun paytaxt təmsilçisi 8:0 və 4:1 hesabı ilə üstələməyi belə söyləməyə əsas verir. Hərçənd bu komandaların son qarşılaşmasında “Qəbələ” çətinliklə, 1 cavabsız qolla 3 xal əldə edib.

Cari mövsümdə üstün tərəf “Qəbələ” olsa da, statistika “Neftçi”nin lehinədir. Bakılılar əvvəlki 35 çempionat matçından 14 qalib gəlib, 13-də uduzublar.

Azərbaycan Premyer Liqası

XXII tur

14 mart (çərşənbə axşamı)

17:00 “Qarabağ” – AZAL

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Xaqani Məmmədov

“Azersun Arena”

İlk 3 dövrə - 6:0, 1:0 və 2:1

20:00 “Neftçi” – “Qəbələ”

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Şaiq Həmidov

“Bakcell Arena”

İlk 3 dövrə - 0:8, 1:4, 0:1

Son xəbərlər

Orphus sistemi