"Kəpəz" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb

"Kəpəz" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb IV dövrənin açılış matçında Gəncə komandası "Zirə"ni məğlub edib
Futbol
13 mart 2017 12:57
Kəpəz Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib. 

"Report"un məlumatına görə, IV dövrənin açılış matçında "Kəpəz" "Zirə"ni qəbul edib.

Gəncədə baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. "Kəpəz"ə 3 xal qazandıran yeganə qola 56-cı dəqiqədə kamerunlu forvard Julien Ebah imza atıb.

Bu qalibiyyətdən sonra xalını 21-ə çatdıran meydan sahibləri 6-cı pilləyə yüksəliblər. AZAL isə 9 xalla sonuncu - 8-ci sıradadır.

Azərbaycan Premyer Liqası

XXII tur

13 mart (bazar ertəsi)

“Kəpəz” – “Zirə” 1:0

Qol: Julien Ebah, 56

Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə şəhər stadionu

İlk 3 dövrədəki oyunlar: 2:0, 0:2, 0:1

Son xəbərlər

Orphus sistemi