Azərbaycan Premyer Liqasında XXII tura bu gün paytaxtda iki oyunla start veriləcək - AFİŞA

Azərbaycan Premyer Liqasında XXII tura bu gün paytaxtda iki oyunla start veriləcək - AFİŞA Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.
Futbol
30 Mart , 2019 07:33
Azərbaycan Premyer Liqasında XXII tura bu gün paytaxtda iki oyunla start veriləcək - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə Bakıda iki qarşılaşma keçiriləcək. Açılış matçında "Zirə" "Səbail"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşmanı Vüqar Həsənlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Meydan sahibləri hazırda 22 xallla 6-cı, qonaqlar isə 31 xalla 3-cü pillədə qərarlaşıb. Komandalar Premyer Liqada indiyədək 7 dəfə üz-üzə gəliblər. "Zirə" bunların son 2-də qol buraxmayıb. Cari mövsüm I dövrədəki matçın texniki nəticəsi nəzərə alınmasa, "Səbail" çempionatda rəqibini məğlub edə bilməyib. Topların nisbəti "Zirə"nin xeyrinədir - 7:2. 

Günün digər oyunu "Ask Arena"da təşkil olunacaq. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüşdə çempionluğa iddialı "Neftçi" "Keşlə"nin qonağı olacaq. Hazırda 45 xalla "Qarabağ"la birgə şərikli lider olan flaqman qələbə qazanmaq niyyətindədir. 19 xalla 7-ci yerdəki "Keşlə" isə autsayderlər sırasından xilas olmağa çalışacaq. Komandalar Azərbaycan çempionatları tarixində 58 dəfə üz-üzə gəliblər. Bunların 30-da "Neftçi", 14-də isə meydan sahibləri qələbə qazanıb.Topların nisbətində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 89:58.

Qeyd edək ki, XXII turun digər iki oyunu aprelin 1-də keçiriləcək. "Qəbələ" "Sabah"ı, "Sumqayıt" isə "Qarabağ"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası, XII tur

30 mart (şənbə)

16:00. “Zirə” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu

I dövrə - 0:3 (texniki nəticə), II dövrə - 0:0, III dövrə - 2:0

18:30. “Keşlə” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Elbrus Abbasov

“ASK Arena"

I dövrə - 0:2, II dövrə - 0:1, III dövrə - 0:2.

Son xəbərlər

Orphus sistemi