Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli açıqlanıb Matçlar 2 günü əhatə edəcək
Futbol
10 Fevral , 2017 12:40
Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli açıqlanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, matçlar 2 günü əhatə edəcək.

Tura fevralın 12-də Gəncədə "Kəpəz" və çempionatın lideri "Qarabağ" arasındakı görüşlə start veriləcək. Həmin gün "Qəbələ" "Zirə"nin qonağı olacaq. Son iki qarşılaşma isə ertəsi gün Bakıda keçiriləcək. 

Azərbaycan Premyer Liqası, XVIII tur

12 fevral (bazar)

14:30. “Kəpəz” – “Qarabağ”

Gəncə şəhər stadionu

16:30. “Zirə” - “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu

13 fevral (bazar ertəsi)

15:00. AZAL – “İnter”

“AZAL Arena”

17:30. “Neftçi” – “Sumqayıt”

“Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi