Azərbaycan Premyer Liqasında XVII turun proqramı açıqlandı

Azərbaycan Premyer Liqasında XVII turun proqramı açıqlandı Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyun cədvəli müəyyənləşib.
Futbol
8 Fevral , 2020 18:15
Azərbaycan Premyer Liqasında XVII turun proqramı açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyun cədvəli müəyyənləşib.

"Report"un məlumatına görə, "Neftçi" və "Keşlə" arasında keçiriləcək turun mərkəzi görüşü fevralın 16-na təyin olunub. "Bakcell Arena"da təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq. Bu, həm də turun son oyunu olacaq. Açılış matçında isə "Zirə" və lider "Qarabağ" üz-üzə gələcək. Fevralın 15-də Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşmanın start fiti saat 15:00-da çalınacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

15 fevral (şənbə)

15:00. “Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu

17:00. “Sumqayıt” – “Sabah”

“Kapital Bank Arena”

16 fevral (bazar)

16:30. “Səbail” – “Qəbələ”

“ASCO Arena”

19:00. “Neftçi” – “Keşlə”

“Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi