"Qarabağ" - "Qəbələ" matçının başlama vaxtı açıqlanıb

"Qarabağ" - "Qəbələ" matçının başlama vaxtı açıqlanıb Bakı. 7 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyun cədvəli müəyyənləşib.
Futbol
7 Fevral , 2019 12:11
Qarabağ - Qəbələ matçının başlama vaxtı açıqlanıb

Bakı. 7 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyun cədvəli müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun açılış matçında "Keşlə" "Sumqayıt"ı qəbul edəcək. Tura növbəti gün keçiriləcək "Qarabağ" - "Qəbələ" matçı ilə yekun vurulacaq. 

16 fevral (şənbə)

15:00. “Keşlə” – “Sumqayıt”

“ASK Arena” 

17:30. “Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu, 

17 fevral (bazar)

15:00. “Səbail” – “Sabah”

“Bayıl Arena”, 

17:30. “Qarabağ” – “Qəbələ”

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Premyer Liqada XVI tur 9-10 fevral tarixlərində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi