Azərbaycan Premyer Liqasında XVI turun hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında XVI turun hakim təyinatları açıqlanıb Elvin Əsgərov bu mövsüm ilk dəfə elitada oyun idarə edəcək
Futbol
16 Fevral , 2018 11:55
Azərbaycan Premyer Liqasında XVI turun hakim təyinatları açıqlanıb

Bakı. 16 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunları üçün bütün təyinatlar açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı turda FİFA referilərinin heç biri baş hakim funksiyasını yerinə yetirməyəcək. 

Əliyar Ağayev "Səbail" - "Qarabağ", Rəhim Həsənov isə "Sumqayıt" - "Neftçi" matçında dördüncü hakim funksiyasını yerinə yetirəcək. "Qəbələ" və "Zirə" arasında keçiriləcək turun mərkəzi qarşılaşmasına Rauf Cabbarov təyinat alıb. Digər görüşləri İnqilab Məmmədov, Rəvan Həmzəzadə və Elvin Əsgərov idarə edəcək. Əsgərov bu mövsüm ilk dəfə Premyer Liqada baş hakim olacaq. 

17 fevral (şənbə)

“Qəbələ” – “Zirə”

Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Qəbələ şəhər stadionu, 15:00

“Sumqayıt” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

“Kapital Bank Arena”, 18:30

18 fevral (bazar)

“Kəpəz” – “Keşlə”

Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Füzili Nəcəfov

Gəncə şəhər stadionu, 15:00

“Səbail” – “Qarabağ”

Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Nahid Əliyev, Əliyar Ağayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

“Bayıl Arena”, 17:30

Son xəbərlər

Orphus sistemi