Azərbaycan Premyer Liqasında XIX turun açılış oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqasında XIX turun açılış oyununda qalib müəyyənləşməyib "Zirə" ardıcıl 3-cü matçında qələbəyə həsrət qalıb
Futbol
18 Fevral , 2017 17:35
Azərbaycan Premyer Liqasında XIX turun açılış oyununda qalib müəyyənləşməyib

Bakı. 18 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib. 

"Report"un məlumatına görə, açılış oyununda "İnter"lə "Zirə" üz-üzə gəlib.

Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 40-cı dəqiqədə qonaqlar açıb. Təmkin Xəlilzadənin cinah asmasından sonra Denis Silva topu öz qapısına göndərib. Meydan sahibləri bərabərlik qolunu 47-ci dəqiqədə vurub. Rauf Əliyev qapıçı ilə təkbətəkdən fərqlənib.

74-cü dəqiqədə "Zirə"nin qapıçısı Anar Nəzirov cərimə meydançasından kənarda əllə oynadığı üçün qırmızı vərəqə alıb. Lakin "İnter" say üstünlüyündən yararlana bilməyib. Beləliklə, "Zirə" ardıcıl 3-cü matçında qələbəyə həsrət qalıb. Amma Ayxan Abbasovun baş məşqçi olduğu komanda ən azı bir günlük 23 xalla 4-cü pilləyə yüksəlib. "İnter" isə 33 xalla 3-cü pillədə qalıb.

Qeyd edək ki, günün növbəti matçında "Neftçi" "Kəpəz"i qəbul edəcək. Görüş saat 18:00-da başlanacaq. Fevralın 19-da isə "Sumqayıt" - AZAL və "Qəbələ" - "Qarabağ" qarşılaşmaları oynanılacaq. 

Son xəbərlər

Orphus sistemi