Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib

Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib Bakı. 9 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Futbol
9 Dekabr , 2018 19:45
Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, həftənin üçüncü matçında "Səbail" "Qəbələ"ni qəbul edib.

"Bayıl Arena"da baş tutan görüşdə hesab açılmayıb.

Bu heç-heçədən sonra xalını 21-ə çatırdan "Səbail" 3-cü pillədə qalıb. "Qəbələ" isə 17 xalla "Sabah"la 4-5-ci yerləri bölüşür.

Turun ilk iki oyununda qonaqlar qələbə qazanıb. "Keşlə" "Sabah"ı 2:1, "Qarabağ" isə "Zirə"ni 6:0 hesabı ilə məğlub edib. İlin son turuna saat 19:30-da start götürən "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi