Azərbaycan Premyer Liqasında XIII tura Qəbələdə start veriləcək

Azərbaycan Premyer Liqasında XIII tura Qəbələdə start veriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.
Futbol
30 Noyabr , 2019 08:52
Azərbaycan Premyer Liqasında XIII tura Qəbələdə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək. 

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Turun açılış matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Meydan sahibləri 9 xalla sonuncu - 8-ci, paytaxt təmsilçisi isə 15 xalla beşinci pillədə qərarlaşıb. "Qəbələ" son pillədən qurtulmaq, "Zirə" isə daha da yuxarı pillələrə yüksəlmək üçün mübarizə aparacaq. 

Günün digər oyunu Bakıda olacaq. "Keşlə" "ASCO Arena"da "Sumqayıt"la qarşılaşacaq. Paytaxt klubu 19 xalla üçüncü, "Sumqayıt" 17 xalla 4-cü sıradadır. "Gənclik şəhəri" təmsilçisi qələbə sayəsində turnir cədvəlində rəqibini keçmək istəyəcək. "Keşlə" isə bir günlük də olsa ikinci pilləyə yüksələ bilər. 

Azərbaycan Premyer Liqası

XIII tur

30 noyabr (şənbə)

15:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu

I dövrə - 1:1.

17:00. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”

I dövrə - 0:0 

Qeyd edək ki, XIII turun digər qarşılaşması sabah baş tutacaq. "Səbail" "Neftçi"ni qəbul edəcək. Tura dekabrın 2-də keçiriləcək "Sabah" - "Qarabağ" dueli ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi