Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Futbol
4 Dekabr , 2021 07:30
Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında autsayderlər münasibətlərinə aydınlıq gətirəcək. 10 xalla 7-ci pillədə qərarlaşan "Keşlə" özündən 1 xal az toplayan və sonuncu sırada yer alan "Səbail"i qəbul edəcək. Saat 16:00-da başlayacaq görüşün baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.

Komandalar indiyədək ölkə çempionatında 16 dəfə üz-üzə gəliblər. Bunların 5-də "Keşlə", 7-də "Səbail" qələbə qazanıb. 4 qarşılaşma heç-heçə başa çatıb. Topların nisbəti də "dənizçilər"in xeyrinədir - 18:15. “Keşlə” ardıcıl 2 qələbə qazanıb. “Səbail” isə üç oyundur qalib gəlmir.

Günün son oyunu "Qarabağ" və "Sabah" komandaları arasında olacaq. Hazırda Ağdam klubu 27 xalla turnir cədvəlinə başçılıq edir. 14 xalı olan paytaxt təmsilçisi isə 5-cidir. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 18:15-də başlayacaq.

Bunadək Premyer Liqada 12 dəfə qarşılaşmış komandaların duelində "Qarabağ" 9 dəfə rəqibini məğlub edib. "Sabah" isə "köhlən atlar"a qalib gələ bilməyib. 3 görüşdə bərabərlik qeydə alınıb. Bölgə klubunun 22 qoluna bakılılar 4 topla cavab veriblər. “Sabah” son 5 matçda xal qazanmayıb.

Azərbaycan Premyer Liqası

XIII tur

4 dekabr (şənbə)

16:00. “Keşlə” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena".

18:15. “Qarabağ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Azersun Arena”.

Qeyd edək ki, tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi