Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb Turun açılış görüşü Bakı Olimpiya Stadionuda “Qarabağ” və “Sumqayıt” komandaları arasında olacaq
Futbol
14 Noyabr , 2017 11:19
Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həftənin matçları 3 gün davam edəcək.

Turun açılış görüşü Bakı Olimpiya Stadionuda “Qarabağ” və “Sumqayıt” komandaları arasında olacaq. Mərkəzi qarşılaşma sayılan “Neftçi” – “Qəbələ” dueli isə son oyun günüdə baş tutacaq.

Bütün görüşlər “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

XII tur

17 noyabr (cümə)

18:30. “Qarabağ” – “Sumqayıt”

Bakı Olimpiya Stadionu

18 noyabr (şənbə)

13:00. “Keşlə” – “Zirə”

“İnter Arena”

15:00. “Kəpəz” – “Səbail”

Gəncə şəhər stadionu

19 noyabr (bazar)

17:00. “Neftçi” – “Qəbələ”

“Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi