Azərbaycan Premyer Liqasında XI turun açılış oyunu qolsuz başa çatıb

Azərbaycan Premyer Liqasında XI turun açılış oyunu qolsuz başa çatıb "Sumqayıt" azlıqda qalan "Kəpəz"ə səfərdə qalib gələ bilməyib
Futbol
5 Noyabr , 2016 16:27
Azərbaycan Premyer Liqasında XI turun açılış oyunu qolsuz başa çatıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. "Report"un məlumatına görə, açılış oyununda "Kəpəz" və "Sumqayıt" komandaları üz-üzə gəlib.

Gəncə şəhər stadionundakı qarşılaşmada hesab açılmayıb - 0:0. Meydan sahibləri 61-ci dəqiqədə Kərim Diniyevin qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.

Bununla da "Kəpəz" ardıcıl 3-cü, "Sumqayıt" isə ardıcıl 5-ci matçında qələbəyə həsrət qalıb. Hazırda Gəncə komandası 12 xalla 5-ci, "gənclik şəhəri" təmsilçisi isə 10 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər oyunu "Bakcell Arena"da "Neftçi" və "İnter" komandaları arasında keçiriləcək. Tura noyabrın 6-da AZAL - "Qəbələ" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi