Azərbaycan Premyer Liqasında X turun proqramı müəyyənləşib

Azərbaycan Premyer Liqasında X turun proqramı müəyyənləşib Tura "Azərsun Arena"da start veriləcək
Futbol
25 Oktyabr , 2017 11:12
Azərbaycan Premyer Liqasında X turun proqramı müəyyənləşib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun proqramı müəyyənləşib. "Report"un məlumatına görə, turun ilk görüşü oktyabrın 27-də keçiriləcək.

Həmin gün lider "Qarabağ" "Səbail"i qəbul edəcək. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda deyil, "Azərsun Arena"da təşkil olunacaq. Əvəzində mərkəzi arenada iki komandanın əvəzedici heyətləri üz-üzə gələcək.

Ertəsi gün 2 oyun olacaq. Saat 15:00-da "İnter Arena"da "Keşlə" komandası (əvvəlki "İnter") "Kəpəz"lə üz-üzə gələcək. Əslində bu görüş Gəncədə keçirilməli idi. Lakin yeni adla ilk oyunu evdə keçirmək istəyən "Keşlə" rəhbərliyi Peşəkar Futbol Liqasına müraciətdən sonra müsbət cavab alıb. Saat 17:00-da isə turun mərkəzi görüşü - "Zirə" - "Qəbələ" qarşılaşması oynanılacaq.

Tura oktyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sumqayıt" matçı ilə yekun vurulacaq. Görüş saat 18:00-da başlanacaq.

Azərbaycan Premyer Liqası, X tur

27 oktyabr

19:00. "Qarabağ" - "Səbail"

"Azərsun Arena"


28 oktyabr

15:00. "Keşlə" - "Kəpəz"

"İnter Arena"

17:00. "Zirə" - "Qəbələ"

Zirə Olimpiya Kompleksinin stadionu

29 oktyabr

18:00. "Neftçi" - "Sumqayıt"

"Bakcell Arena" 

Son xəbərlər

Orphus sistemi