​Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb

​Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb Tura "Rəvan" - "Kəpəz" matçı ilə start veriləcək
Futbol
14 Oktyabr , 2015 19:06
​Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, turun oyunları üç gün ərzində keçiriləcək.

Tura "Rəvan" - "Kəpəz" oyunu ilə start veriləcək. Həftənin son görüşü isə Sumqayıtda baş tutacaq. Burada şəhərin eyniadlı komandası "İnter"i qonaq edəcək.

Turun bütün oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

16 oktyabr

20:30. "Rəvan" – "Kəpəz"

Bakı. "Bayıl Arena"

17 oktyabr

15:30. "Neftçi" – "Qəbələ"

Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

18:00. "Qarabağ" – "Zirə"

Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18 oktyabr

18:00. "Xəzər Lənkəran" – AZAL

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

20:00. "Sumqayıt" – "İnter"

Sumqayıt. "Kapital Bank Arena"

Son xəbərlər

Orphus sistemi