Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib - VİDEO

Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib - VİDEO Bakı. 21 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib.
Futbol
21 Oktyabr , 2018 18:57
Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib - VİDEO

Bakı. 21 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib.

"Report" xəbər verir ki, həftənin üçüncü matçında "Sumqayıt" "Sabah"ı qəbul edib. "Kapital Bank Arena" təmirdə olduğu üçün qarşılaşma "Dalğa Arena"da baş tutub.

Matça fəal başlayan qonaqlar 15-ci dəqiqədə say üstünlüyünə yiyələniblər. "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov debütantın forvardı Marko Deviçin qarşısını kobudluqla aldığı üçün qırmızı vərəqə görüb. Lakin zərərçəkən cərimə zərbəsindən yararlana bilməyib. 

Buna rəğmən, "Sabah" 36-cı dəqiqədə istəyinə çatıb. Miloş Bosançiç rəqib müdafiəçinin başla geri qaytardığı topu güclü zərbə ilə tora qovuşdurub.

Oyunun qalan bölümündə hər iki komandanın qol vurmaq üçün imkanları olsa da, hesab dəyişməyib. Bu qələbədən sonra xallarının sayını 13-ə çatdıran "Sabah" 3-cü pilləyə yüksəlib. Hesabında 10 xal olan "Sumqayıt" isə 5-cidir.

İlk oyun günündə "Qəbələ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. "Qarabağ" isə "Səbail"i 1 cavabsız qolla üstələsə də, Ağdam komandası adı protokolda olmayan futbolçunu meydana buraxdığı üçün texniki məğlubiyyətlə üzləşəcək. Tura saat 19:00-da start götürəcək "Keşlə" - "Zirə" qarşılaşması ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi