Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib

Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib "Səbail" "Sumqayıt"ı qəbul edib
Futbol
30 Sentyabr , 2017 19:54
Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib
Foto: pfl.az

Bakı. 30 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da "Səbail" "Sumqayıt"ı qəbul edib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 10-cu dəqiqədə Azər Salahlı açıb. 60-cı dəqiqədə isə Amil Yunanov ikinci qolu vurub.

Bununla da xallarını 10-a çatdıran "Sumqayıt" 4-cü pilləyə yüksəlib. "Səbail" isə 6 xalla 6-cı pillədə qalıb.

Turun ilk iki oyunu da qonaqların eynihesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi" səfərdə "İnter"ə, "Kəpəz" isə "Qəbələ"yə qalib gəlib - 2:0. Tura oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Zirə" matçı ilə yekun vurulacaq. Oyun saat 18:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi