Azərbaycan Premyer Liqasında VI tura paytaxt derbisi ilə start verilir

Azərbaycan Premyer Liqasında VI tura paytaxt derbisi ilə start verilir Bu gün AZAL "İnter"i qəbul edəcək
Futbol
24 Sentyabr , 2016 10:19
Azərbaycan Premyer Liqasında VI tura paytaxt derbisi ilə start verilir

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

AZAL Şüvəlanda paytaxtın "İnter" klubunu qəbul edəcək. Komandalar bu günə qədər 30 oyun keçirib. "Təyyarəçilər" bu görüşlərin 5-də, "bankirlər" isə 12-də qələbəyə sevinib. Qalan 13 oyun bərabərliklə başa çatıb. Vurulan qolların nisbətində də "İnter" öndədir - 28:20. Cütlüyün son 11 qarşılaşmasında "İnter" məğlub olmayıb. Son 5 oyunda isə AZAL qol vura bilmir.

Zaur Svanadzenin rəhbərlik etdiyi komanda səfər oyunundan 3 xalla dönərsə, xal ehtiyatını 14-ə yüksəldərək liderliyi ələ keçirəcək. Heç-heçə isə komandanın "Qarabağ"la xallarını eyniləşdirəcək - 12 xal. AZAL isə cari mövsümdə ilk qələbəsini qazanarsa, xallarını 4-ə yüksəltmiş olacaq və "Sumqayıt"la 6-7-ci pillələri bölüşəcək. Doğma meydanda qeydə alınacaq bərabərlik də AZAL-ın sonuncu yerdən xilas olmasına kifayət etməyəcək.

Azərbaycan Premyer Liqası, VI tur

24 sentyabr

16:00. AZAL – "İnter"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "AZAL Arena"

Qeyd edək ki, sentyabrın 25-də Premyer Liqada daha iki oyun keçiriləcək. "Kəpəz" Gəncədə "Qarabağ"ı, "Zirə" isə evdə "Qəbələ"ni sınağa çəkəcək. Turun son görüşü sentyabrın 27-də olacaq. "Neftçi" "Əlincə Arena"da "Sumqayıt"ı qonaq edəcək.

Son xəbərlər

Orphus sistemi