Azərbaycan Premyer Liqasında növbəti turun oyunları eyni gündə keçiriləcək

Azərbaycan Premyer Liqasında növbəti turun oyunları eyni gündə keçiriləcək Tura "İnter" - "Qarabağ" matçı ilə yekun vurulacaq
Futbol
22 Fevral , 2016 15:39
Azərbaycan Premyer Liqasında növbəti turun oyunları eyni gündə keçiriləcək

Bakı. 22 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, bütün oyunlar eyni gündə keçiriləcək.

Tura Gəncədə "Kəpəz" - "Sumqayıt" matçı ilə start veriləcək. Bir saat sonra Bakının Zirə qəsəbəsində eyniadlı komanda ilə "Neftçi", Şüvəlanda isə AZAL-la "Rəvan" üz-üzə gələcək. 

Bu qarşılaşmaların ardından "Qəbələ" "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Tura "İnter"in lider "Qarabağ"la keçirəcəyi oyunla yekun vurulacaq.

27 fevral (şənbə)

14:00. "Kəpəz” (Gəncə) – "Sumqayıt”

Gəncə şəhər stadionu

15:00. "Zirə” (Bakı) – "Neftçi” (Bakı)

Bakı, Zirə İdman Kompleksinin stadionu

15:00. AZAL (Bakı) – "Rəvan” (Bakı)

Bakı, "AZAL Arena"

17:00. "Qəbələ” – "Xəzər Lənkəran”

Qəbələ şəhər stadionu

18:00. "İnter” (Bakı) – "Qarabağ” (Ağdam)

Bakı, "İnter Arena”

Son xəbərlər

Orphus sistemi