Azərbaycan Premyer Liqasında növbəti turun hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti turun hakim təyinatları açıqlanıb Əliyar Ağayev iki oyunda iş başında olacaq
Futbol
3 Noyabr , 2016 12:00
Azərbaycan Premyer Liqasında növbəti turun hakim təyinatları açıqlanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunlarına hakim təyinatları açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, FİFA referilərindən yalnız Əliyar Ağayev qarşıdakı turda baş hakim funksiyasını yerinə yetirəcək.

O, noyabrın 5-də Gəncə şəhər stadionunda "Kəpəz"lə "Sumqayıt" arasında keçiriləcək oyunu idarə edəcək. Ertəsi gün Ağayev AZAL - "Qəbələ" matçına əlavə köməkçi hakim kimi çıxacaq.

XI turun təyinatları

5 noyabr (şənbə)

“Kəpəz” - “Sumqayıt”

Gəncə şəhər stadionu. Saat 14:30

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Şahin Cəfərov

“Neftçi” - “İnter”

Bakcell Arena. Saat 17:00

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elman Musayev, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Murad Məmmədov

6 noyabr (bazar)

AZAL – “Qəbələ”

AZAL Arena. Saat 14:00

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Şaiq Həmidov

“Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu. Saat16:00

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qeyd: Turun bütün oyunları CBC Sport televiziya kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi