Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb.
Futbol
10 May , 2022 09:23
Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVI turda baş tutub.

5 qolun vurulduğu turda məhsuldarlıq 1,25-ə bərabər olub. “Səbail” – “Sabah” (0:2) və “Sumqayıt” – “Şamaxı” (2:0) görüşlərinin hərəsində iki, “Qəbələ” – “Neftçi” (1:0) qarşılaşmasında bir qol vurulub. “Qarabağ” – “Zirə” matçında isə hesab açılmayıb.

Bunadək mövsümün antirekordu XVII turda qeydə alınmışdı. Həmin vaxt 4 matçda cəmi 6 qol vurulub.

Son xəbərlər

Orphus sistemi