Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu vurulub

Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu vurulub Yubiley qolu "İnter"in futbolçusu Nizami Hacıyevin aktivinə yazılıb
Futbol
31 Oktyabr , 2016 15:49
Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu vurulub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/17 mövsümünün 100-cü qolu vurulub. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu top X turun son matçına təsadüf edib.

"İnter" - "Sumqayıt" qarşılaşmasında (3:1) qeydə alınan son top yubiley xarakteri daşıyıb. Əvvəlki 9 turda 88 qol vurulmuşdusa, X turun 12 qolu ilə bu rəqəm 100-ə çatıb. 100-cü qolun müəllifi isə 80-ci dəqiqədə fərqlənən Nizami Hacıyev olub.

Bu 100 qol 40 matçda qeydə alınıb ki, orta məhsuldarlıq 2,50-yə bərabərdir. Qollardan 58-ni meydan sahibləri, 42-ni qonaqlar vurublar. I hissədə 40, fasilədən sonra 60 qol qeydə alınıb. "Qəbələ" hamıdan çox - 26, AZAL ən az - 4 top vurub. "Qəbələ" hamıdan az – 4, "Neftçi" ən çox - 24 qol buraxıb. 19 qolun vurulduğu IV tur ən yüksək, cəmi 3 qolun qeydə alındığı II tur isə ən aşağı məhsuldarlığa malik olub.

Xatırladaq ki, mövsümün ilk qolunu avqustun 6-da AZAL-la səfər oyununda "Neftçi"nin futbolçusu Elvin Bədəlov vurub.

Son xəbərlər

Orphus sistemi