Azərbaycan Premyer Liqasında legioner limiti və əvəzetmə sayı dəyişdirilməyib

Azərbaycan Premyer Liqasında legioner limiti və əvəzetmə sayı dəyişdirilməyib Azərbaycan Premyer Liqasında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək.
Futbol
29 Aprel , 2022 16:21
Azərbaycan Premyer Liqasında legioner limiti və əvəzetmə sayı dəyişdirilməyib

Azərbaycan Premyer Liqasında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək.

"Report" xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Bundan əlavə, çempionatda əvəzetmə sayı da dəyişdirilməyib (3 əvəzetmə sayı saxlanılıb).

2022/2023 mövsümündən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) manat müəyyənləşdiriləcək.

2023/2024 mövsümündən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə biləcək. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) manat olacaq.

Son xəbərlər

Orphus sistemi