Azərbaycan Premyer Liqasında IX turun ilk oyunu qolsuz başa çatıb

Azərbaycan Premyer Liqasında IX turun ilk oyunu qolsuz başa çatıb "Kəpəz" əsas rəqiblərindən olan "İnter"i qonaq edib
Futbol
23 Oktyabr , 2016 16:32
Azərbaycan Premyer Liqasında IX turun ilk oyunu qolsuz başa çatıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun ilk görüşü keçirilib.

"Report"un məlumatına görə, günün yeganə qarşılaşması Gəncədə oynanılıb.

"Kəpəz" avrokuboklar uğrunda mübarizədə əsas rəqiblərindən olan "İnter"i qonaq edib. Görüş soyuq və çiskinli hava şəraitində keçib. Üstəlik, ot örtüyü qənaətbəxş vəziyyətdə olmayıb. Bütün bu amillərə baxmayaraq, gərgin və qol epizodları ilə bol oyun alınıb. Tərəflərin səylərinə baxmayaraq, qapılara qol vurulmayıb.

Beləliklə, 0:0 hesablı heç-heçə Gəncə və paytaxt komandalarının hərəsinə bir xal qazandırıb. "İnter" 17 xalla 2-ci, "Kəpəz" 11 xalla 4-cü pillədə qalıb.

Azərbaycan Premyer Liqası, IX tur

23 oktyabr (bazar)

14:30. "Kəpəz” – "İnter” - 0:0

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə. Şəhər stadionu.

Son xəbərlər

Orphus sistemi