Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni məğlub edib

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Futbol
25 Avqust , 2019 22:55
Premyer Liqa: Qarabağ Qəbələni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, son çempion "Qarabağ" doğma azarkeşlər önündə "Qəbələ"ni qəbul edib. 

"Azersun Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-cı dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə isə Maqaye Qeye fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Abdullah Zubir qonaq komandanı növbəti dəfə məyus edib.

Bu nəticədən sonra "Qarabağ" 6-cı xalını qazanıb. "Qəbələ"nin isə xalı yoxdur.

Qeyd edək ki, turun digər oyunlarında "Keşlə" səfərdə "Sabah"ı (1:0), "Səbail" isə səfərdə "Sumqayıt"ı məğlub edib (3:0). İkinci tura sabah keçiriləcək "Zirə" - "Neftçi" oyunu ilə yekun vurulacaq.

Orphus sistemi