"Səbail"in futbolçusu həftənin ən yaxşı oyunçusu seçilib

"Səbail"in futbolçusu həftənin ən yaxşı oyunçusu seçilib Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun ən yaxşı oyunçusu müəyyənləşib.
Futbol
6 Fevral , 2019 17:09
Səbailin futbolçusu həftənin ən yaxşı oyunçusu seçilib

Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun ən yaxşı oyunçusu müəyyənləşib. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Səbail"in müdafiəçisi Elvin Yunuszadə ən yaxşı oyunçu adına layiq görülüb. XV turda "Səbail"in “Keşlə”ni 3:0 hesabı ilə məğlub etdiyi görüşdə 90 dəqiqə meydanda olan Yunuszadə bir qolun müəllifi olub. 

Qeyd edək ki, Elvin Yunuszadə XV turun rəmzi komandasında da yer alıb.  Həftənin ən yaxşı futbolçusu və rəmzi komandası “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir. 

Son xəbərlər

Orphus sistemi