Azərbaycan Premyer Liqasında azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında azarkeş rekordu qeydə alınıb Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IV turunun oyunlarını 4600 tamaşaçı izləyib.
Futbol
17 Sentyabr , 2018 14:57
Azərbaycan Premyer Liqasında azarkeş rekordu qeydə alınıb
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IV turunun oyunlarını 4600 tamaşaçı izləyib.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu da mövsümün yeni rekordudur. Ötən tur qeydə alınan 4450 tamaşaçılıq göstərici arxada qalıb. İlk iki turda isə daha az seyrçi müşahidə olunub. İlk turda 1700, II oyun həftəsində 2550 nəfər matçları izləyib.

Qeyd edək ki, IV turda “Qarabağ” – “Sumqayıt” matçında daha çox – 1600 tamaşaçı olubsa, “Neftçi” – “Keşlə” oyununu 1300, “Sabah” – “Qəbələ” qarşılaşmasını 1200, “Səbail” – “Zirə” görüşünü 500 azarkeş seyr edib.

Son xəbərlər

Orphus sistemi