Bakı. 25 aprel. REPORT.AZ/ "Qarabağ", "Qəbələ" və "İnter" son 4 mövsümdə 3-cü dəfə mükafatçılar sırasında yer alıb.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bütün medalçılar Azərbaycan Premyer Liqasının XXVII turundan sonra müəyyənləşib. Eyni "3-lük" 2013/2014 və 2014/2015 mövsümlərində də medalçılar sırasına düşüb. Amma həmin vaxt gümüş “İnter”in, bürünc “Qəbələ”nin olub. Son 3 mövsümdə bürünc qazanan Qəbələnin eyniadlı klubu ardıcıl 4-cü dəfə mükafatçılar sırasına düşüb. Əyalət klubu tarixində 4-cü medalını və ilk "gümüş"ünü əldə edib.
“İnter” isə "bürünc" sayında “Qəbələ”yə çatıb. 3 dəfə üçüncü olan bakılılar 2 qızıl və 3 gümüş medala da yiyələnib. Ümumilikdə isə paytaxt futbolçuları 8-ci dəfə mükafata sahib olub.
Qeyd edək ki, indiyədək 25 ölkə çempionatından 24-də mükafatçılar müəyyənləşib. 2001/2002 mövsümündə klublar çempionatı davam etdirməkdən boyun qaçırıb, yarışı yarımçıq qoyublar. Klublar çempionatın qalan hissəsini qanunsuz şəkildə özbaşına təşkil edib, sona çatdırsa da, həmin nəticələr FİFA, UEFA, AFFA və PFL tərəfindən tanınmayıb.
mövsüm | Çempion | II yer | III yer |
1992 | “Neftçi” Bakı | “Xəzər” Sumqayıt | “Turan” Tovuz |
1993 | “Qarabağ” Ağdam | “Xəzər” Sumqayıt | “Turan” Tovuz |
1993/94 | “Turan” Tovuz | “Qarabağ” Ağdam | “Kəpəz” Gəncə |
1994/95 | “Kəpəz” Gəncə | “Turan” Tovuz | “Neftçi” Bakı |
1995/96 | “Neftçi” Bakı | “Xəzri” Buzovna | “Kəpəz” Gəncə |
1996/97 | “Neftçi” Bakı | “Qarabağ” Ağdam | “Xəzri” Buzovna |
1997/98 | “Kəpəz” Gəncə | “Dinamo” Bakı | “Şəmkir” |
1998/99 | “Kəpəz” Gəncə | “Şəmkir” | “Neftçi” Bakı |
1999/2000 | “Şəmkir” | “Kəpəz” Gəncə | “Neftçi” Bakı |
2000/01 | “Şəmkir” | “Neftçi” Bakı | “Viləş” Masallı |
2001/02 | yarımçıq qalıb | ||
2003/04 | “Neftçi” Bakı | “Şəmkir” | “Qarabağ” Ağdam |
2004/05 | “Neftçi” Bakı | “Xəzər-Lənkəran” | “Karvan” Yevlax |
2005/06 | “Bakı” | “Karvan” Yevlax | “Neftçi” Bakı |
2006/07 | “Xəzər-Lənkəran” | “Neftçi” Bakı | “Bakı” |
2007/08 | “İnter” Bakı | “Olimpik” Bakı | “Neftçi” Bakı |
2008/09 | “Bakı” | “İnter” Bakı | "Simurq" Zaqatala |
2009/10 | “İnter” Bakı | “Bakı” | “Qarabağ” Ağdam |
2010/11 | “Neftçi” Bakı | “Xəzər Lənkəran” | “Qarabağ” Ağdam |
2011/12 | “Neftçi” Bakı | “Xəzər Lənkəran” | “İnter” Bakı |
2012/13 | “Neftçi” Bakı | “Qarabağ” Ağdam | “İnter” Bakı |
2013/14 | “Qarabağ” Ağdam | “İnter” Bakı | “Qəbələ” |
2014/15 | “Qarabağ” Ağdam | “İnter” Bakı | “Qəbələ” |
2015/16 | “Qarabağ” Ağdam | “Zirə” Bakı | “Qəbələ" |
2016/17 | “Qarabağ” Ağdam | “Qəbələ" | “İnter” Bakı |