Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünə yekun vurulub

Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünə yekun vurulub Bakı. 21 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünə yekun vurulub.
Futbol
21 May , 2018 21:02
Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünə yekun vurulub

Bakı. 21 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünə yekun vurulub.

"Report"un məlumatına görə, XXVIII turun son oyununda "Qəbələ" və "Qarabağ" komandaları qarşılaşıb.

"Azərsun Arena"da baş tutan görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qələbə qolunun müəllifi 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dani Kintana olub.

Beləliklə çempionluğu erkən rəsmiləşdirən "Qarabağ" mövsümü 65 xalla başa vurub. Gümüş medalın sahibi "Qəbələ" 49, bürünc mükafatçı "Neftçi" isə 46 xal toplamağa müvəffəq olub.

Qeyd edək ki, futbol mövsümünə mayın 28-də "Qəbələ" və "Keşlə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XXVIII tur

21 may (bazar ertəsi)

19:00. "Qəbələ” – "Qarabağ” 0:1

Qol: Dani Kintana, 23 - penalti ilə

Qırmızı vərəqə, Cavid Hüseyov, 45+2

Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əli Hüseynov

"Azersun Arena”.

Son xəbərlər

Orphus sistemi