Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkü atılıb

Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkü atılıb Çempionat avqustun 6-7-də başlayacaq
Futbol
121
26 İyul , 2016 12:45
Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkü atılıb

Bakı. 26 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. 

"Report"un məlumatına görə, tədbir saat 12:00-da AFFA-nın inzibati binasında təşkil olunub. 

Püşkatmada Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, qurum rəsmiləri, klub nümayəndələri və jurnalistlər iştirak ediblər. Qarşıdakı mövsümdə Premyer Liqamızda 8 klub iştirak edəcək və yenə 4 dövrədən ibarət mübarizə olacaq.

I turda bu oyunlar baş tutacaq: "Qəbələ" - "Kəpəz", "Qarabağ - İnter", "Zirə" - "Sumqayıt", AZAL - "Neftçi".

Qeyd edək ki, çempionat avqustun 6-7-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi