Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümünün bütün medalçıları müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümünün bütün medalçıları müəyyənləşib "İnter" çempionluq şansını itirsə də, ən azı bürünc medalı təmin edib
Futbol
10 Aprel , 2017 16:53
Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümünün bütün medalçıları müəyyənləşib

Bakı. 10 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, 3-cü pillədə qərarlaşan "İnter" "Zirə"nin qonağı olub. Görüşdə hesabı Zaur Svanadzenin komandası açıb: Rauf Əliyev 12-ci dəqiqədə fərqlənib. Lakin "İnter"in sevinci 7 dəqiqə çəkib. Riçard Qadze "Zirə"nin heyətində həm bərabərlik, həm də matçdakı sonuncu qolu vurub.

Beləliklə, xalını 43-ə çatdıran "İnter" ən azı bürünc medalları təmin edib. Çünki mövsümün başa çatmasına 3 tur qalmış "Zirə"ni 11 xal qabaqlayır. Zirə qəsəbəsində qeydə alınan heç-heçə eyni zamanda "İnter"in çempion olmaq üçün nəzəri şansını itirməsini rəsmiləşdirib. Hesabında 53 xalı olan "Qarabağ" artıq "ağ-göylər" üçün əlçatmazdır.

Qeyd edək ki, ilk oyun günündə "Kəpəz" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. "Qarabağ"la "Qəbələ" arasındakı görüşdə isə qol vurulmayıb - 0:0. XXV tura saat 17:30-da start götürəcək AZAL - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXV tur
10 aprel (bazar ertəsi)

“Zirə” – “İnter” 1:1
Qollar: Riçard Qadze, 21 - Rauf Əliyev, 13
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu

Son xəbərlər

Orphus sistemi