Azərbaycan Premyer Liqasına yeni klubun buraxılmama səbəbi açıqlandı

Azərbaycan Premyer Liqasına yeni klubun buraxılmama səbəbi açıqlandı AFFA-nın Lisenziya Komissiyasının I Divizion klublarına Premyer Liqada iştirak icazəsi verməmələrinin səbəbi müəyyənləşib.
Futbol
285
19 İyun , 2020 13:32
Azərbaycan Premyer Liqasına yeni klubun buraxılmama səbəbi açıqlandı

AFFA-nın Lisenziya Komissiyasının I Divizion klublarına Premyer Liqada iştirak icazəsi verməmələrinin səbəbi müəyyənləşib. 

Bu barədə "Report"a Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. O, “Kəpəz”, “Ağsu”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, “Zaqatala” klublarının maliyyə meyarına uyğun olmadıqlarını bildirib: "Lisenzilaşdırma proseduru 5 meyardan ibarətdir. Hər biri vacibdir, amma maliyyə xüsusi diqqət tələb edən meyardır. Meyarın içində də bir neçə bənd var və əsas bənddən biri odur ki, klub audit yoxlamasından keçməlidir. Bir sözlə, onu deyə bilərəm ki, I Divizion klublarının Premyer Liqaya buraxılmama səbəbi maliyyə meyarının yerinə yetirilməməsidir".

Hacıyevin sözlərinə görə, aşağı dəstədə iştirak edən bütün komandalar maliyyə məsələsini yerinə yetirməyib və bu da lisenziyanın verilməməsi üçün kifayət edir.

Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyasının qərarına əsasən, gələn mövsüm də Azərbaycan Premyer Liqasında hazırkı 8 klub mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi