Azərbaycan Premyer Liqası: "Zirə" səfərdə "Səbail"lə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Zirə" səfərdə "Səbail"lə qarşılaşacaq Bu gün Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçiriləcək.
Futbol
294
12 Sentyabr , 2020 07:30
Azərbaycan Premyer Liqası: Zirə səfərdə Səbaillə qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "Zirə" səfərdə "Səbail"in qonağı olacaq. "ASCO Arena"dakı görüş saat 19:00-da start götürəcək.

İndiyədək çempionatda 11 dəfə üz-üzə gələn komandaların duelində "dənizçilər" 3 qələbə qazanıblar. "Qartallar" isə 6 qarşılaşmada meydanı 3 xalla tərk ediblər. 2 görüş heç-heçə yekunlaşıb. Top fərqi də "Zirə"nin xeyirinədir - 15:7.

“Səbail” 4 oyundur meydanı qolsuz tərk etmir. “Zirə” isə son iki görüşdə rəqibinə qalib gəlib.

12 sentyabr

Azərbaycan Premyer Liqası

II tur

19:00. “Səbail”– “Zirə”
Hakimlər:
Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.

Qeyd edək ki, II turun ilk 2 oyunu dünən baş tutub. "Neftçi" doğma meydanda "Sumqayıt"a 0:2 hesabı ilə uduzub, "Qarabağ" isə səfərdə "Keşlə" ilə qolsuz heç-heçəyə razılaşıb. Tura sabah keçiriləcək "Sabah" - "Qəbələ" oyunu ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi