Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"i, "Neftçi" "Sabah"ı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"i, "Neftçi" "Sabah"ı qəbul edəcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.
Futbol
237
20 Noyabr , 2021 07:30
Azərbaycan Premyer Liqası: Zirə Səbaili, Neftçi Sabahı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edəcək.

10 turdan sonra meydan sahibləri 16 xalla 4-cü, qonaqlar 9 xalla 7-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. Bunların 9-da "qartallar", 3-də "dənizçilər" qələbə qazanıb. Topların fərqində də "Zirə"nin aşkar üstünlüyü var - 21:9. Son iki qarşılaşmada “Zirə” iki qolla üç xal qazanıb. "Səbail" isə ardıcıl 7 oyundur rəqibinə qalib gələ bilmir.

Günün digər görüşündə "Neftçi" "Sabah"la üz-üzə gələcək. Flaqman 17 xalla 3-cü, qonaqlar 8 xalla 8-ci sıradadır. Bu, komandaların çempionatdakı 13-cü qarşılaşması olacaq. Matçların 10-da "ağ-qaralar" qələbə qazanıbsa, ikisində heç-heçə qeydə alınıb. "Sabah" indiyədək rəqibini yenə bilməyib. Topların nisbəti isə 25:6-dır.

Azərbaycan Premyer Liqası

XI tur

20 noyabr (şənbə)

16:00. “Zirə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu,

18:15. “Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”

Qeyd edək ki, turun aşılış oyununda "Qarabağ" evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 21-də "Qəbələ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi