Azərbaycan Premyer Liqası: "Sabah" ilk xalını qazanıb

Azərbaycan Premyer Liqası: "Sabah" ilk xalını qazanıb Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
Futbol
18 Sentyabr , 2021 21:06
Azərbaycan Premyer Liqası: Sabah ilk xalını qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Zirə" "Sabah"ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Zirə"nin legioneri Mohamed Hamdaui 49-cu dəqiqədə hesabı açıb. Şpiro Periçiç isə 83-cü dəqiqədə qonaqların bərabərlik qolunu vurub. O, zərbə endirən zaman qapıçı Mehdi Cənnətova təmas etsə də, baş hakim İnqilab Məmmədov mərkəzi göstərib.

Xallarının sayını 5-ə çatdıran "qartallar" 5-ci pilləyə yüksəlib. İlk xalını qazanan "Sabah" isə 7-ci sıradadır.

Qeyd edək ki, günün digər oyununda "Qəbələ" evdə "Səbail"i 5 cavabsız qolla üstələyib. Sentyabrın 19-da "Neftçi" "Keşlə"ni qəbul edəcək. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi