Azərbaycan Premyer Liqası: XII turunun rəmzi komandası açıqlanıb

Azərbaycan Premyer Liqası: XII turunun rəmzi komandası açıqlanıb Bakı. 28 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun rəmzi komandası açıqlanıb.
Futbol
28 Noyabr , 2018 10:52
Azərbaycan Premyer Liqası: XII turunun rəmzi komandası açıqlanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun rəmzi komandası açıqlanıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “İnStat” şirkətinin təhlili əsasında “11-liy”ə “Qəbələ”nin 4, “Zirə”, “Neftçi” və “Qarabağ”ın hərəyə 2, “Sabah”ın isə 1 futbolçusu düşüb.

Onlardan flaqmanın qapıçısı Səlahət 6-cı dəfə bu komandada yer alıb.

Qapıçı: Səlahət Ağayev (“Neftçi”) – 6

Müdafiəçilər: Təmkin Xəlilzadə (“Qəbələ”) – 3, Voislav Stankoviç (“Qəbələ”) – 2; Yakub Jezniçak (“Qarabağ”) – 3 , Abbas Hüseynov (“Qarabağ”) – 4

Yarımmüdafiəçilər: Ceyms Adeniyi (“Qəbələ”) – 4; Emin Mahmudov (“Neftçi”) – 3; İlkin Muradov (“Zirə”); Bilal Həmdi (“Zirə”) – 2

Hücumçular: Cavid İmamverdiyev (“Sabah”) – 2; Stiven Monroz (“Qəbələ”) – 3.

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

Son xəbərlər

Orphus sistemi