Azərbaycan Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulacaq Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.
Futbol
598
29 Noyabr , 2021 07:30
Azərbaycan Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

"Report"un məlumatına görə, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında baş tutacaq. Mərkəzi görüşü yüksək liqa təcrübəsi olmayan gənc referi Kamranbəy Rəhimov idarə edəcək. Hazırda Ağdam klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. 21 xalı olan əyalət təmsilçisi isə 3-cü pillədə qərarlaşıb.

İki komanda indiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gəlib. Bunların 10-da "qırmızı-qaralar", 27-də "köhlən atlar" qələbə qazanıb. 14 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 78:42.

“Qarabağ” 13 oyundur rəqibinə uduzmur. “Qəbələ” son 3 matçda xal qazana bilməyib.

Azərbaycan Premyer Liqası

XII tur

29 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.

Qeyd edək ki, turun ilk oyun günündə "Sabah" evdə "Keşlə"yə 2:1, "Neftçi" isə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Ötən gün keçirilmiş görüşdə isə "Zirə" səfərdə "Sumqayıt"ı darmadağın edib - 3:0.

Son xəbərlər

Orphus sistemi