Azərbaycan Premyer Liqası: "Sumqayıt" qələbə qazanaraq liderliyini qoruyub

Azərbaycan Premyer Liqası: "Sumqayıt" qələbə qazanaraq liderliyini qoruyub Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Futbol
21 Avqust , 2021 21:59
Azərbaycan Premyer Liqası: Sumqayıt qələbə qazanaraq liderliyini qoruyub

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edib.

"Kapital Bank Arena"da keçirilmiş qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 32-ci dəqiqədə Azərbaycan millisinin hücumçusu Əli Qurbani hesabı açıb. 78-ci dəqiqədə isə Tellur Mütəllimov fərqlənib.

İki turdan sonra maksimum nəticə göstərən "Sumqayıt" xallarının sayını 6-a çatdırıb və liderliyini qoruyub. Hər iki görüşdə məğlub olan "Sabah" 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Keşlə"ni 2:1 hesabı ilə üstələyib. Tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi