Azərbaycan Premyer Liqası: Son çempion "Sabah"ı qəbul edir

Azərbaycan Premyer Liqası: Son çempion "Sabah"ı qəbul edir Bu gün Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçiriləcək.
Futbol
22 Avqust , 2020 07:30
Azərbaycan Premyer Liqası: Son çempion Sabahı qəbul edir

Bu gün Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçiriləcək.

"Report"un məlumatına görə, son çempion "Qarabağ" yeni mövsümə evdə start verəcək. Ağdam klubu "Azersun Arena"da "Sabah"ı qəbul edəcək.

Komandalar indiyədək çempionatda 7 dəfə üz-üzə gəliblər. Bunların 4-də "Qarabağ" qələbə qazanıbsa, 3 görüş heç-heçə başa çatıb. "Sabah" hələ ki rəqibinə qalib gələ bilməyib. Topların fərqi də Qurban Qurbanovun başçılıq etdiyi komandanın xeyirinədir - 10:2. “Qarabağ” son 4 oyunda qol buraxmayıb.

Azərbaycan Premyer Liqası

I tur

22 avqust (şənbə)

20:00. "Qarabağ" – "Sabah"
Hakimlər:
 Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Azersun Arena”

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə dünən start verilib. Açılış turunda "Keşlə" səfərdə "Sumqayıt"ı 1:0, "Neftçi" isə evdə "Səbail"i 2:1 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi