Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ilk matçında “Səbail” “Şamaxı”nı qəbul edib.
“ASCO Arena”da keçirilən görüşdə hesab açılmayıb.
Meydan sahiblərinin heyətində Tural Bayramlı 42-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu nəticə ilə xallarının sayını 10-a çatdıran “Səbail” 7-ci, 4 xalı olan “Şamaxı” isə “Sumqayıt”ı qabaqlayaraq 9-cu pillədə yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"u 3, "Zirə" "Sumqayıt"ı 2 cavabsız qolla üstələyib. "Qəbələ" - "Kəpəz" matçında isə qalib müəyyənləşməyib - 1:1.
Tura “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.