Azərbaycan Premyer Liqası: Şamaxıda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Şamaxıda qalib müəyyənləşməyib Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
Futbol
120
3 May , 2022 18:25
Azərbaycan Premyer Liqası: Şamaxıda qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

"Report"un məlumatına görə, açılış matçı Şamaxıda eyniadlı komanda ilə autsayder "Səbail" arasında olub. Şamaxı şəhər stadionundakı oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb.

İlk hissədə meydan sahiblərinin qapıçısı Rəşad Əzizli zədələnərək, yerini Hüseynəli Quliyevə verib.

Bu nəticədən sonra xallarını 21-ə çatdıran əyalət təmsilçisi 6-cı pillədəki mövqeyini qoruyub. 15 xalı olan paytaxt klubu isə sonuncu - 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, günün ikinci oyununda "Qarabağ" "Sabah" klubunu qəbul edəcək. Tura mayın 4-də oynanılacaq "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi