Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
"Report"un məlumatına görə, günün yeganə matçında "Şamaxı" "Səbail"i qəbul edib. Şamaxı şəhər stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İlk qolu 20-ci dəqiqədə qonaqlardan Ruslan Hacıyev vurub. Meydan sahiblərindən isə Amil Yunanov 71-ci dəqiqədə tarazlığı bərpa edib.
Bu nəticədən sonra yeni mövsümdə ilk xallarını qazanan komandalar 7-8-ci yerləri bölüşdürürlər.
Qeyd edək ki, avqustun 20-də "Neftçi" "Sabah"ın qonağı olacaq. Bir gün sonra "Kəpəz" "Qəbələ" ilə, "Zirə" "Sumqayıt"la qarşılaşacaq. Bu turun "Turan Tovuz" - "Qarabağ" matçı isə "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb