Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"ı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"ı qəbul edəcək Bu gün Azərbaycan Premyer Liqasının ilk turunda daha bir qarşılaşma keçiriləcək.
Futbol
17 Avqust , 2019 07:30
Azərbaycan Premyer Liqası: Qəbələ Sumqayıtı qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasının ilk turunda daha bir qarşılaşma keçiriləcək.

"Report"un məlumatına görə, ötən mövsüm ölkə kubokunun qalibi olan "Qəbələ" finalda məğlub etdiyi "Sumqayıt"ı qəbul edəcək. Rauf Cabbarovun idarə edəcəyi matç Qəbələ şəhər stadionunda təşkil olunacaq.

Sənan Qurbanovun rəhbərlik etdiyi kollektivin heyətində yetəri qədər dəyişiklik olub. "Qəbələ" bəzi aparıcı futbolçuları ilə yollarnı ayırsa da, Sadiq Quliyev, Kamal Mirzəyev (hər ikisi "Zirə"), Fernan Ferreyra Lopes ("Barakaldo", İspaniya), Tərlan Əhmədli ("Sabah"), Merab Qiqauri ("Torpedo", Kutaisi, Gürcüstan), Kristian Kouakou ("Karvina", Çexiya), Klesio Bauk (“İstanbulspor”, Türkiyə), İvitsa Yuniç ("Atırau", Qazaxıstan), Yusif Nəbiyev, Ülvi İskəndərov (hər ikisi "Sumqayıt": icarədən qayıdıb) kimi oyunçularla güclənib.

Ayxan Abasovun baş məşqçilik etdiyi komanda isə Vüqar Mustafayev ("Zirə"), Amil Yunanov, Sərtan Taşqın (hər ikisi "Keşlə"), Elgün Nəbiyev ("Sabah": icarəyə) və Mehdi Şərifini ("Persepolis", İran) heyətinə qata bilib.

Komandalar bu vaxta qədər çempionatda 28 dəfə üz-üzə gəliblər. Bunlardan 17-də "Qəbələ", 3-də isə qonaqlar meydanı üç xalla tərk edib. 8 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 47:21. 

"Qəbələ" rəqibinə qarşı evdə keçirdiyi bütün çempionat matçlarında qol sevinci yaşayıb. "Gənclik şəhəri" təmsilçisi isə səfərdə heç vaxt rəqibini məğlub edə bilməyib.

Qeyd edək ki, turun digər oyunlarından "Səbail" - "Zirə" matçı avqustun 18-də, "Neftçi" - "Sabah" dueli isə avqustun 19-da olacaq.

17 avqust (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu 

Son xəbərlər

Orphus sistemi