Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"ı məğlub etdi Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib
Futbol
25 Fevral , 2021 16:57
Azərbaycan Premyer Liqası: Qəbələ Sumqayıtı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

"Report"un məlumatına görə, turun açılış matçı Qəbələdə şəhərin eyniadlı komandası ilə "Sumqayıt" arasında keçirilib.

Qarşılaşma Xocalı faciəsinin 29-cu ildönümü və "Sumqayıt" klubunun vitse-prezidenti Vaqif Ömərov dünyasını dəyişməsi ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Ceyms Adeniyi 50-ci dəqiqədə vurub.

Bu qələbə sayəsində xalını 21-ə çatdıran "qırmızı-qaralar" 4-cü yerdəki "Sumqayıt"la xal fərqini ikiyə endirib.

Qeyd edək ki, XVII turun digər matçında "Zirə" "Neftçi"ni qəbul edir. Həmin qarşılaşmada hesab açılmayıb. Bu gün həmçinin "Sabah" - "Keşlə" və "Qarabağ" - "Səbail" qarşılaşmaları da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi