Azərbaycan Premyer Liqası: "Qəbələ" səfər heç-heçəsi ilə yenidən lider olub

Azərbaycan Premyer Liqası: "Qəbələ" səfər heç-heçəsi ilə yenidən lider olub Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun son oyunu keçirilib.
Futbol
26 Sentyabr , 2021 21:16
Azərbaycan Premyer Liqası: Qəbələ səfər heç-heçəsi ilə yenidən lider olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Qəbələ" komandaları üz-üzə gəlib.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma qolsuz yekunlaşıb - 0:0.

Görüşün 90-cı dəqiqəsində maraqlı epizod yaşanıb. Məsiyev əvvəlcə "Sumqayıt"ın, daha sonra "Qəbələ"nin autu səhv yerinə yetirdiklərini bildirərək, hər iki halda topu rəqib tərəfə verib.

Bu nəticədən sonra xalını 10-a çatdıran "Qəbələ" "Qarabağ"ı topların fərqində keçərək, birinci pilləyə yüksəlib. Xalını 7-yə yüksəldən "Sumqayıt" isə 5-ci pilləyə qalxıb.

Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. "Zirə" səfərdə "Səbail"i, "Neftçi" isə "Sabah"ı eyni hesablı məğlubiyyətə uğradıb - 2:1.

Son xəbərlər

Orphus sistemi