Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i məğlub edib

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Futbol
19 fevral 2022 12:55
Azərbaycan Premyer Liqası: Qəbələ Səbaili məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

"Report" xəbər verir ki, günün ilk oyunu Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın ilk qolunu 78-ci dəqiqədə Ülvi İsgəndərov vurub.

Bundan iki dəqiqə sonra "Qəbələ"nin kapitanı Asif Məmmədov zədələndiyi üçün əvəzlənib. Onun yerinə meydana Emil Səfərov daxil olub.

90+7-ci dəqiqədə İsnik Alimi qarşılaşmada son nöqtəni qoyub. Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qəbələ" ikinci pillədə qərarlaşıb. "Səbail" isə 11 xalla sonuncu - 8-ci sırada qalıb.

Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Keşlə"ni qəbul edəcək. XVI turun "Zirə" - "Sabah" matçı fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” oyunu mayın 12-nə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi