Azərbaycan Premyer Liqası: "Qarabağ" üçün liderlik şansı

Azərbaycan Premyer Liqası: "Qarabağ" üçün liderlik şansı Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turdan təxirə salınmış oyun keçiriləcək.
Futbol
28 Yanvar , 2021 07:30
Azərbaycan Premyer Liqası: Qarabağ üçün liderlik şansı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turdan təxirə salınmış oyun keçiriləcək.

"Report"un məlumatına görə, "Qarabağ" "Azersun Arena"da "Səbail"i sınağa çəkəcək. Hazırda 26 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Ağdam klubu uduzmayacağı halda, liderliyə yüksələcək.

Komandalar bunadək ölkə çempionatında 12 dəfə üz-üzə gəliblər. Bu matçların 10-da "köhlən atlar", 1-də "dənizçilər" sevinib, 1 qarşılaşma isə heç-heçə başa çatıb. Topların nisbəti də meydan sahiblərinin xeyrinədir - 20:2.

“Səbail” yalnız texniki qələbə sayəsində qalib gəlib. Həmin matç nəzərə alınmasa, “Qarabağ” bütün oyunlarda qol vurub.

Azərbaycan Premyer Liqası

V turdan təxirə salınmış oyun

16:00. “Qarabağ” – “Səbail”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 14 oyundan 27 xala malik "Neftçi" başçılıq edir.

Son xəbərlər

Orphus sistemi