Azərbaycan Premyer Liqası: "Qarabağ" "Səbail"in qonağı olacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Səbail"in qonağı olacaq Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.
Futbol
254
25 Oktyabr , 2021 07:30
Azərbaycan Premyer Liqası: Qarabağ Səbailin qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.

"Report"un məlumatına görə, sonuncu oyun günündə "Qarabağ" "Səbail"in qonağı olacaq.

"ASCO Arena"dakı qarşılaşma saat 19:00-da start götürəcək. Görüşü Rauf Allahverdiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Hazırda qonaqlar 17 xalla liderdir, meydan sahibləri 6 xalla 7-ci sıradadır. Komandalar indiyədək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. Bunların 13-də Ağdam təmsilçisi meydanı 3 xalla tərk edib. 2 görüşdə heç-heçə qeydə alınıb, 1 matçda isə "dənizçilər" texniki qələbəyə sevinib.

Topların fərqində də "köhlən-atlar"ın aşkar üstünlüyü var - 29:3. “Qarabağ” texniki nəticə nəzərə alınmasa, hər oyunda qol vurub və rəqibinə uduzmayıb. Meydan sahibləri ağdamlılara qarşı son iki ev matçında heç-heçə oynayıb.

Azərbaycan Premyer Liqası, VIII tur

19:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”

Qeyd edək ki, VIII turun digər görüşlərində "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ" isə səfərdə "Keşlə"ni 3:2 hesabı ilə üstələyib.

Son xəbərlər

Orphus sistemi