Azərbaycan Premyer Liqası: "Neftçi" - "Səbail" oyununun yeri dəyişdirilib

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Səbail" oyununun yeri dəyişdirilib Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli müəyyənləşib.
Futbol
26 Sentyabr , 2021 19:36
Azərbaycan Premyer Liqası: Neftçi - Səbail oyununun yeri dəyişdirilib

Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli müəyyənləşib.

"Report"un məlumatına görə, “Bakcell Arena”da aparılan renovasiya işləri ilə əlaqədar olaraq “Neftçi” klubunun rəsmi müraciəti, “Səbail” klubunun razılığı ilə VI turun oyunu “Səbail” – “Neftçi”, XII turun oyunu “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.

Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

1 oktyabr (cümə)

18:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu

2 oktyabr (şənbə)

17:00. “Keşlə” – “Sabah”
“ASK Arena”

19:15. “Səbail” – “Neftçi”
“ASCO Arena”

3 oktyabr (bazar)

19:00. “Qarabağ” – “Qəbələ”
“Azersun Arena”.

Son xəbərlər

Orphus sistemi